Türkiyədə 86 ildən sonra əhalinin tərkibi ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək
TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onlardan 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.
Eyni zamanda, 2075-ci ilə qədər Türkiyədə qadınların sayı kişilərin sayını artıq 1,5 milyon nəfər üstələyəcək və bu tendensiya ən azı XXII əsrin əvvəlinə qədər davam edəcək.
TSİ hesab edir ki, 2050-ci ildən sonra ölkə əhalisinin sayı tədricən azalmağa başlayacaq.
AzVision.az
Teqlər: