Moskva İrəvana növbəti dəfə xəbərdarlıq edib

   Moskva İrəvana növbəti dəfə    xəbərdarlıq edib
  31 İyul 2024    Oxunub:1003
Qərbin Ermənistanın media resurslarına təsirinin artması yaxşı heç nə ilə nəticələnməyəcək.
xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin informasiya və mətbuat departamentinin direktorunun müavini Andrey Nastasyin keçirdiyi brifinqdə Qərbin Ermənistanla bağlı konyunktur siyasət apardığını açqıalyıb.

“Konyunktur daranış sərgiləyən amerikalıların və Aİ-nin məqsədi hər yerdə ictimai rəyi (Ermənistan vətəndaşlarını) Rusiyaya qarşı yönəltməkdir. Onlar, həmçinin, çoxəsrlik Rusiya-Ermənistan dostluğunun əhəmiyyətini və Moskvanın müxtəlif sahələrdə İrəvana əvvəllər və indi də göstərdiyi yardımın əhəmiyyətini azaltmaq istəyirlər”, - Nastasyin deyib.

Rusiyanın Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu da diqqətə çatdıran Nastasyin Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışdığını vurğulayıb.

- Hazırda Ermənistan ətrafında və regionda baş verən əsas məsələyə diqqəti cəlb etmək istərdim. Bunlar Qərbin, ilk növbədə ABŞ və Aİ-nin Cənubi Qafqazda mövcud əlaqələri məhv etmək üçün aktiv hərəkətləridir. Qərblilər regionda sabitliyi pozmaq, onu başqa bir gərginlik ocağına, hətta Rusiya sərhədləri yaxınlığında ikinci cəbhəyə çevirmək istəyirlər”, - Rusiya Xarici İşlər nazirliyinin informasiya və mətbuat departamentinin direktorunun müavini bildirib.

Sahil İsgəndərov


Teqlər: Rusiya   Qərb   Ermənistan  





Xəbər lenti