Moskva: “ABŞ və Yaponiya müharibəyə hazırlaşır”

   Moskva: “ABŞ və Yaponiya    müharibəyə    hazırlaşır”
  31 İyul 2024    Oxunub:998
ABŞ və Yaponiya KXDR (Şiamli Koreya), Çin və Rusiyadan gələn təhdid təhdid bəhanəsi ilə Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlaşırlar.
AzVision.az xəbər verir ki, belə iidia ilə çıxış edən Rusiya Xarici İşlər nazirliyinin informasiya və mətbuat departamentinin direktorunun müavini Andrey Nastasyin keçirdiyi brifinqdə Moskvanın Vaşinqton-Tokio tandeminin hərəkətlərini diqqətlə izlədiyini bildirb.

“Biz Vaşinqton və Tokionun hərbi-siyasi ittifaqın möhkəmlənməsini sürətləndirmək üçün atdığı son addımları, o cümlədən, əlbəttə ki, Yaponiyada Amerika kontingentinin idarəçiliyinin modernləşdirilməsinə dair iyulun 28-də dərc edilmiş birgə bəyanatı diqqətlə izləyirik. Belə görünür ki, guya KXDR, Çin və Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərin arxasında gizlənən hər iki tərəf Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır”, - rusiyalı məmur deyib.

Onun sözlərinə görə, ABŞ və Yaponiya bunun üçün döyüş şəraitində müttəfiqlərin hərəkətlərini istiqamətləndirəcək müştərək qərargah yaradır, təlim fəaliyyətini kəskin şəkildə artırmağı planlaşdırırlar. Onlar, eyni zamanda, Amerika hərbi bazalarını, o cümlədən də Okinava adasındakı bazanı genişləndirmək və yeni atəş gücü ilə təchiz etmək niyyətindədirlər.

Nastasyin bu cür fəaliyyətin yalnız Asiya-Sakit okean regionunda gərginliyin səviyyəsini artıra və silahlanma yarışını sürətləndirə biləcəyi barədə Moskvanın qarşı tərəfə dəfələrlə xəbərdarlıqlar ünvünladığını da söyləyib.

- Biz rəsmi Tokioya mütəmadi şəkildə xatırladırıq ki, onun Rusiya sərhədləri yaxınlığında ABŞ və digərləri, o cümlədən qeyri-regional NATO dövlətləri ilə birgə həyata keçirdiyi təxribat xarakterli fəaliyyəti müdafiə quruculuğumuzda lazımi qaydada nəzərə alınır və bu, qaçılmaz adekvat cavab tədbirləri görməyə səbəb olacaq. Biz bu məsələdə Çindən və Şimali Koreyadan olan tərəfdaşlarımızla müvafiq koordinasiya işləri aparırıq”, - Rusiya Xarici İşlər nazirliyinin təmsilçisi deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Yaponiya  





Xəbər lenti