"Sükan Nikolun əlində deyil!" - Ermənistan mediası(VİDEO)

 "Sükan Nikolun əlində deyil!"    - Ermənistan mediası(VİDEO)
  31 İyul 2024    Oxunub:1285
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.
AzVision.az xəbər verir ki, buna səbəb baş nazirin sosial şəbəkə hesabında həyat yoldaşı Anna Akopyanla bağlı paylaşım etməsi olub.

Anna Akopyanın bahalı avtomobili narazılığa səbəb oldu - VİDEO
Qeyd edilib ki, Paşinyan İnstagram səhifəsində Anna Akopyanın maşın sürməsini əks etdirən video yayıb. "Mamul" nəşri yazıb ki, bir gün öncə sosial şəbəkələrin erməni seqmentində Anna Akopyanın xidməti maşının dəbdəbəli və bahalı olması müzakirəyə çıxarılmışdı. İnsanlar ölkədə diktatura rejiminin güclənməsindən, Paşinyan ailəsinin oliqarxlara xas həyatkeçirmələrindən gileləniblər.

Bu gün Paşinyanın Akopyanı avtomobil sürərkən çəkməsi isə təsadüf sayılmamalıdır. Yəni baş nazir onu nümayiş etdirmək istəyir ki, xalqın ailəni tənqid etməsi onların vecinə də deyil.
Tənqidçilərdən biri hətta qeyd edib ki, əslində bu video təkcə ailədə deyil, ölkə idarəçiliyində də sükanın Akopyanın əlində olmasını sübut edir.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Paşinyan   Sükan   Ermənistan  





Xəbər lenti