İranda HƏMAS liderinin qətli ilə bağlı üçgünlük matəm elan olunub

   İranda HƏMAS liderinin qətli ilə bağlı üçgünlük matəm elan olunub
  31 İyul 2024    Oxunub:1133
Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində ölməsi ilə əlaqədar bütün İran ərazisində üçgünlük matəm elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə İranın "IRNA" dövlət xəbər agentliyi məlumat yayıb.

Eyni zamanda, Fələstin Prezidenti Mahmud Abbas ölkədə birgünlük ümummilli matəm günü elan edib. Matəm ərzində ölkə bayraqları yarıya endiriləcək.

İsmayıl Haniyənin cənazə mərasimi sabah Tehranda baş tutacaq və cəsədi dəfn üçün Qətərin paytaxtı Dohaya aparılacaq.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   matəm  





Xəbər lenti