Pezeşkiyan: "İran öz ərazi bütövlüyünü qoruyacaq"

"İran və Fələstin xalqı arasındakı bağ indi daha da gücləndi. İran İslam Respublikası öz ərazi bütövlüyünü və ləyaqətini qoruyacaq, terrorçuların bu qorxaq əməlinə cavab verəcək", - Pezeşkiyan vurğulayıb.
Xatırladaq ki, bu gecə Fələstinin HƏMAS təşkilatının da siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahına aviazərbə nəticəsində ölüb.
Firudin Həmidli
AzVision.az