Babamızın savaşı. II yazı: Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı – TARİXİ ARAŞDIRMA |
Buna misal olaraq Minsk vilayətində baş vermiş bir hadisə qeyd edilib. Bu ərazidə Aleksandr Qut adlı alman kəşfiyyatçısı ələ keçib. Əməliyyatçılar onu məhz cinayət başında tutublar. Təxribatçı NKQB-nin işçi qrupu üçün hazırlanmış nahar yeməyinə insanı bir anda öldürə bilən zəhər atıb.
"Qut verdiyi ifadəsində Gestaponun göstərişi ilə hərək etdiyini etiraf edib. Diversanta əməliyyat qrupunu zəhərləyəcəyi təqdirdə 50 min marka mükafat vəd edilibmiş", - direktivdə yazılıb.
Vileyskidə də diversant yaxalanıb. Tutulan şəxs alman kəşfiyyatının agenti olan Yadviqa Stabrovskaya adlı şəxs olub. O da əməliyyat qrupu və partizan briqadasının komandirləri üçün nəzərdə tutulmuş yeməkləri zəhərləməyə cəhd edib.
Arxiv sənədində yazılıb ki, "Düşmən mövqelərinin arxasında fəaliyyət göstərən partizan briqadalarından birində oxşar tapşırığı yerinə yetirmək üçün 10 nəfərlik qrup, yarım litr HCN- hidrogen sianid və Arsen (mışyak) aşkar edilib".
Direktivdə bu məlumatların partizan dəstələrinin və briqadalarının komandirlərinə, habelə NKQB-nin əməliyyat qruplarına çatdırılması əmr edilir. Bildirilir ki, onlar nəinki ayıq-sayıq olmalı, həm də düşmənin terrorçu agentura şəbəkəsinin vaxtında ifşa edilməsi üçün lazımi tədbirlər görməlidirlərsinlər.
Bundan başqa, səlahiyyətlilərə kütləvi zəhərlənmə hallarının qarşısının alınması məqsədilə ictimai mətbəxlərə və yeməkxanalara çıxışı olan xidmətçilərin, işçilərinin və digər şəxslərin yoxlanılması, onlara gizli nəzarətin təmin edilməsi də tapşırılıb. Xüsusən də ölkənin iri sənaye mərkəzlərində və Qırmızı Ordunun hərbi hissələrinin olduğu məkanlarda rəhbər şəxslərə "xüsusi sayıqlıq əmri" verilib.
Tural Tağıyev
AzVision.az