Pentaqon: "ABŞ İsrailin müdafiəsinə hazırdır"

      Pentaqon:    "ABŞ İsrailin müdafiəsinə hazırdır"
  31 İyul 2024    Oxunub:819
"HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətli nəticəsində İsrailə hücum baş verərsə, ABŞ öz köməyini göstərəcək".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin brifinq zamanı dilə gətirib.

Maraqlıdır, o, dünən Filippinə səfəri çərçivəsində birgə mətbuat konfransında vurğulamışdı ki, "Yaxın Şərqdə müharibə qaçılmaz deyil, münaqişənin diplomatik həlli mümkündür".
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   HƏMAS   münasibət  





Xəbər lenti