Rusiya XİN: "Haniyənin qətli gərginliyi daha da artıracaq"

    Rusiya XİN:  "Haniyənin qətli gərginliyi daha da artıracaq"
  31 İyul 2024    Oxunub:1021
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə "RİA" dövlət xəbər agentliyinə danışıb.

"Bu, tamamilə qəbuledilməz siyasi qətldir və (Yaxın Şərqdə - red.) gərginliyin daha da artmasına gətirib çıxaracaq", - o vurğulayıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   HƏMAS   münasibət  





Xəbər lenti