Meksika prezidentindən narkokartellərə çağırış: "Bir-birinizlə döyüşməyin!"

Meksika prezidentindən narkokartellərə çağırış:    "Bir-birinizlə döyüşməyin!"
  30 İyul 2024    Oxunub:847
Meksika prezidenti Andres Manuel Lopez Obrador narkokartellərlə bağlı maraqlı çağırış səsləndirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkənin ən güclü narkobaronu sayılan İsmael "El Mayo" Sambada və ən təhlükəli qanqster olan El Çaponun oğlu Xoakin Qusman Lopezin həbs edilməsindən sonra narkokartelləri bir-biri ilə döyüşməməyə çağırıb.

Lopez Obradorun sözlərinə görə, narkotik alverçiləri öz aralarında baş verən münaqişələrdən ciddi şəkildə əziyyət çəkəcəklərini başa düşürlər.

“Bu qanunsuz fəaliyyətlə məşğul olanlar bilirlər ki, qarşıdurma yolu ilə heç nəyi həll edə bilmirlər”, - prezident gündəlik mətbuat konfransında deyib.

O qeyd edib ki, narkobaronlar başqa insanların həyatını riskə atırlar: "Onlar niyə ailələri zülmə, əziyyətə salırlar?"
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti