Hindistanda torpaq sürüşməsi nəticəsində 40-dan çox adam ölüb

Qeyd olunub ki, ölən 41 nəfər arasında üç uşaq da var. Sürüşmə nəticəsində 400-ə yaxın ailə evlərində köməksiz qalıb. Leysan yağışları xilasetmə əməliyyatına mane olub.
Hindistanın baş naziri Narendra Modi X sosial şəbəkəsindəki səhifəsində baş verən hadisədən kədərləndiyini bildirib, yaxınlarını itirənlərə başsağlığı verib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Hindistan təbiifəlakət sürüşmə