Sovetin mirası SSRİ-nin varisinə qarşı: 140 ilin pulemyotları işə düşüb

      Sovetin mirası SSRİ-nin varisinə qarşı:   140 ilin pulemyotları işə düşüb
  30 İyul 2024    Oxunub:1321
Sovet İttifaqı keçmişdə Ukrayna ərazisindən silah və sursat "anbarı" kimi istifadə edib. Bu silah mirasının əhəmiyyətli bir hissəsi hələ də işlək vəziyyətdə qalıb və Kiyev onlardan məharətlə istifadə edir.
AzVision.az xəbər verir ki, bu fikirlər “Kyiv Post”da dərc olunan məqalədəndir.

Nəşrin məlumatına görə, 40 illik raketləri atan 60 yaşlı S-125 hava hücumundan müdafiə sistemləri müasir rus raketləri və pilotsuz təyyarələri ilə uğurla mübarizə aparır. Lakin bu, Ukraynanın ruslarla döyüşlərdə işə saldığı ən qədim silah da sayılmır.

Qızğın döyüşü qadına görə dayandırdılar - VİDEO
Məsələn, "Deqtyarev" yüngül(əl) pulemyotu (RKD) buna misal ola bilər. RKD 1943-cü ildə Vasili Deqtyarev tərəfindən hazırlanıb və bu silahların bəziləri II Dünya Müharibəsinin sonunda döyüş meydanında peyda olsa da, onlardan geniş şəkildə istifadə olunmayıb. RKD-nin Sovet İttifaqında irimiqyaslı istehsalı 1953-cü ilə qədər davam edib.

Pulemyotun ilkin versiyası əslində 1920-ci illərdə təqdim edilib və onun yalnız bir əsgər tərəfindən istifadə olunması nəzərdə tutulmuşdu.
Atıcılar RKD-ni sadə silah hesab ediblər və ona görə də o, bütün dünyada hərbçilər arasında populyarlıq qazanıb. Hətta onu Kalaşnikov avtomatlarının müxtəlif növləri əvəz etdikdən sonra da RKD-dən istifadə olunub.

Bu pulemyot dəqiqədə təxminən 650 güllə atır və 1000 metr effektli vurma məsafəsinə malikdir.
Maraqlıdır ki, ABŞ Xüsusi Təyinatlı Qüvvələri Vyetnamda lüləsi kəsilmiş RKD-lərdən yaxın məsafəli döyüşlərdə istifadə ediblər. Çünki onlar Amerika M60-larından daha yüngül idi. Bundan başqa, güllə barabanı da tıxanmağa daha az meyllidir və təsirli atəş sürətinə malikdir. Bu və digər səbəblərə görə hazırda RKD-lər Ukrayna qüvvələri tərəfindən səngərləri düşmən qüvvələrdən təmizləmək üçün geniş istifadə olunur.

Məqalə müəllifi miras kimi qalmış KM M1910 (Pulemyot "Maksim") ağır pulemyotunun da səngərlərdə yenidən işə düşməsindən də yazıb.

Bu silah 2022-ci ilin iyulundan 2023-cü ilin mayına qədər on ay davam edən Baxmut döyüşlərində Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilib.

Jurnalistlər və hərbi blogerlər Baxmutun müdafiəçilərinin ilk dəfə 140 il əvvəl istifadəyə verilmiş silahdan KM M1910 ağır pulemyotundan istifadə edilməsini görərkən şoka düşüblərmiş.

Qeyd edək ki, KM M1910 ilk dəfə 1880-ci illərdə ortaya çıxıb və ingilislərin "Maxim" adlanan pulemyotunun rus versiyası sayılır. Bu yeni versiya 1910-cu ildə orduda istifadəyə verilib. Ondan Rusiya Vətəndaş Müharibəsi və hər iki Dünya Müharibəsi zamanı istifadə edilib.


Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna   Pulemyot   Silah  





Xəbər lenti