"Mamul" nəşri yazır ki, Paşinyanın həyat yoldaşı Anna Akopyanın bahalı maşında gəzməsi sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Qeyd edilir ki, hər kəs Nikol Paşinyanın hakimiyyətə gəlməmişdən öncə Qarabağ klanını, ölkə rəhbərini tənqid etdiyi şeyləri təkrarladığını yazır. Məsələn, əgər əvvəllər baş nazir təmtəraqlı həyat tərzinə bahalı maşınlara qarşı çıxırdısa, indi onun özü, həyat yoldaşı diktatorlara xas şəkildə gəzir.
"İnternet istifadəçiləri əvvəlcə Paşinyanın həyat yoldaşı Anna Akopyan üçün alınmış dəbdəbəli "Lexus" avtomobilini, daha sonra isə bir vaxtlar müxalifətçi deputat kimi fəaliyyət göstərmiş Nikol Paşinyanın parlamentdə diktatura əleyhinə çıxışını əks etdirən müqayisəli videonu yayırlar", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az