Rusiyada qatar relsdən çıxıb - 140 insan xəsarət alıb

Hadisəyə səbəb qatarın “KamAZ”la toqquşması göstərilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, doqquz vaqon relsdən çıxıb, onlardan yeddisi aşıb. Qəza yerində xilasetmə işləri davam edir. 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü uşaqdır.
Həmidə İbrahimova
AzVision.az