Tayani: "İsrail-Livan münaqişəsində diplomatik həll mümkündür"

     Tayani:     "İsrail-Livan münaqişəsində diplomatik həll mümkündür"
  29 İyul 2024    Oxunub:1332
İtaliyanın xarici işlər naziri Antonio Tayani israilli həmkarı İsrael Kats və livanlı həmkarı Abdullah Bu-Həbiblə telefonla danışıb.
AzVision.az xəbər verir ki, o bu barədə özünün "X"" hesabında məlumat yayıb.

Nazir bildirib ki, tərəfləri "müharibədən qaçınmağa, zorakılıq zəncirini qırmağa" çağırıb.

Xatırladaq ki, ötən gün Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının İsrailin nəzarətindəki Colan təpələrinə ağır raket hücumu baş verib. İsrail hökuməti bu hücuma cavabən genişmiqyaslı əməliyyatın hazırlandığını diqqətə çatdırıb.
Blinken İsrail Prezidenti ilə danışıb

İtaliyanın XİN rəhbəri ilə yanaşı bir sıra ölkənin nümayəndələri, o cümlədən ABŞ Dövlət katibi Antoni Blinken də İsrail və Livan arasında gərginliyin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   İsrail   Livan   münaqişə  





Xəbər lenti