Blinken İsrail Prezidenti ilə danışıb

   Blinken İsrail Prezidenti ilə danışıb
  29 İyul 2024    Oxunub:1422
ABŞ Dövlət katibi Antoni Blinken və İsrailin Prezidenti İsaak Herzoq arasında telefon danışığı baş tutub.
Tərəflər Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının İsrailin nəzarətindəki Colan təpələrinə raket hücumu ilə bağlı danışıblar.

Blinken İsrail və "Hizbullah" arasında getdikcə şiddətlənən sərhədboyu toqquşmaların diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Qəzzadakı cari vəziyyətlə bağlı müzakirə aparıblar.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"

Xatırladaq ki, Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasındakı toqquşmalar istər yerli, istərsə də avropalı nümayəndələri təşvişə salmaqdadır. Hərçənd İsrailin energetika naziri Eli Koen dünən ölkənin "Kol Barama" radiosuna açıqlamasında vurğulamışdı ki, "terrorçuların İsrailə hücumların cavabını təkcə "Hizbullah" yox, Livan dövləti də ödəməlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   telefon-danışığı   Hizbullah  





Xəbər lenti