İran Qərbə pozitiv mesajlar göndərir
Onun sözlərinə görə, son illərdə Qərb Tehranla “pis rəftar edib” , lakin onlar “davranışlarını dəyişərsə”, İran Qərbə münasibətdə siyasətinə yenidən baxa bilər. “Bloomberg” nəşri qeyd edib ki, İranın yeni prezidenti Pezeşkian da öz növbəsində konstruktiv və effektiv diplomatiyaya sadiq olduğunu təsdiqləyib.
Xamenei İranın xarici siyasətinin prioritetinin qonşu dövlətlər, Afrika və Asiya ölkələri, habelə ona təzyiqlər zamanı Tehranı dəstəkləyənlərlə münasibətlərin inkişafı olduğunu vurğulayıb.
Bu mənada, Rusiya prezidenti Vladimir Putinin BRİKS-in oktyabr ayında Kazanda keçiriləcək sammitində iranlı həmkarı ilə görüşə hazırlaşdığı barədə Kremlin yaydığı məlumat xüsusi ahəng kəsb edir.
“İran tərəfinin artıq qüvvədə olan dəvəti var və ümid edirik ki, yeni prezident sammitə gələcək. Biz onu görməyə şad olarıq və prezident Putin qarşıdakı görüşə hazırlaşır”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko “TASS” agentliyinə müsahibəsində bildirmişdi ki, Moskva və Tehran tezliklə imzalanacaq hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlıqlarını başa çatdırıb. Pezeşkian isə rusiyalı həmkarı ilə telefon danışığında bu sazişi oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində imzalamağa hazır olduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az