Rusların səma hökmranlığına 6 pilotla son qoyula bilməz - "The Telegraph"

Rusların səma hökmranlığına 6 pilotla son qoyula bilməz - "The Telegraph"
  29 İyul 2024    Oxunub:1628
Avqust ayında Kiyrevə təhvil verilməli olan müasir F-16 qırıcılarını idarə etmək üçün yalnız altı ukraynalı pilot təlim proqramını başa vura bilib.
Bu fikirlər "The Telegraph"da dərc olunan məqalədəndir.

Qeyd edilir ki, ümumilikdə isə bu il Ukrayna yalnız bir F-16 eskadrası, təxminən 20 qırıcı təhvil alacaq. Bu isə gözləniləndən xeyli azdır.

F-16-lar Ukraynaya bu yay çatdırılacaq - "The Guardian" detalları açıqladı
Aviasiya sahəsində ixtisaslaşmış "Fighterbomber" Telegram kanalında yayılan məlumata görə, Ukrayna altı pilotla eyni anda cəmi 2 qırıcı idarə edə biləcək. Çünki qayda və tələblərə görə pilotlar gecə-gündüz işləyə bilməzlər.

"İki pilot gündə maksimum 10 uçuş deməkdir. Hazırda davam edən əməliyyatların genişmiqyaslı olmasını nəzərə alsaq, bütün Ukrayna üçün bir güdə reallaşdırılan 10 uçuş demək olar ki, heç bir əhəmiyyət daşımayacaq",- "Fighterbomber"in paylaşmında yazılıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti iki ildir ki, Rusiyanın səmada sərgilədiyi üstünlüyə qarşı çıxmaq üçün Qərb müttəfiqlərindən F-16 qırıcıları istəyir. Bir ildən çoxdur ki, Belçika, Danimarka, Hollandiya və Norveç Kiyevə 80-ə yaxın ABŞ istehsalı olan güclü F-16 döyüş təyyarəsi verəcəyini vəd edib. Ancaq təyyarələrin çatdırılması pilot təlimlərindəki gecikmələr səbəbindən reallaşa bilmir. Yalnız ötən ay Hollandiya Hərbi Hava Qüvvələrinin komandanı, general Arnu Stolman F-16 qırıcılarının Ukrayna səmasında bu yay görünməyə başlayacağını deyib.

Ümumilikdə isə son zamanlar nəinki Ukrayna hərbi dairələri, prezident Volodimir Zelenski də Qərb qırıcıları ilə bağlı vəziyyətdən, verilən vədlərdən məyus olduqlarını bəyan edirlər. Onlar açıq şəkildə veriləcək F-16-ların sayının çox az olduğunu deyir, təhvil prosesinin isə xeyli gec reallaşdırılmasından gileylənirlər. Hətta bəzi açıqlamalarda qeyd edilib ki, F-16-lar nəhayət Ukrayna səamsıdna uçan zaman qırıcılar hərbçilərin ümid etdikləri həlledici rolu oynamayacaq.

Məyusluğun əsas səbəblərindən biri bu müasir qırıcıların Ukraynada yalnız müdafiə məqsədi ilə yerləşdirilməsidir. Çünki hələ də səmaya Rusiya ordusu nəzarət edir və bütün cəbhə xətti boyunca hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyət göstərir. Bu isə bahalı və müasir F-16-ları risk altında qoyur.
"Biz hava hücumundan müdafiə təhlükəsi səbəbindən rusların mövqelərinə yaxın ərazilərdə qırıcılardan istifadə etməyəcəyik", - Ukrayna rəsmilərindən biri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   F-16  





Xəbər lenti