Macarıstanın Baş naziri Aİ-yə xəbərdarlıq etdi

Macarıstanın Baş naziri Aİ-yə xəbərdarlıq etdi
  27 İyul 2024    Oxunub:735
“Əgər Avropa sülh siyasəti yürütməsə və Donald Tramp ABŞ prezidenti olsa, o zaman Avropa İttifaqı “məğlubiyyətini etiraf etməli” və Ukraynadakı müharibəni dəstəkləmək məsuliyyətini daşımalı olacaq”.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban bəyan edib. Onun sözlərinə görə, hərbi avantüranın bədəlini Avropa Birliyi ödəməli olacaq: "Bunun nəticəsində biz əziyyət çəkəcəyik".

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Budapeştin Aİ Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını nəzərdən keçirirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti