“La Liqa”nın prezidenti “Paris-2024”ün açılışını tənqid etdi

   “La Liqa”nın prezidenti “Paris-2024”ün açılışını tənqid etdi
  27 İyul 2024    Oxunub:1214
Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” rəsminin təsvirindən istifadə edilməsi dindarların hisslərinə təhqirdir.
Bu fikirləri İspaniya futbolu “La Liqa”sının prezidenti Xavyer Tebas “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. Açılış mərasimində Da Vinçinin əsərinin parodiyası təqdim olunub.
“Qəbuledilməzdir, hörmətsizlikdir, biabırçılıqdır! Paris Olimpiadasında “Son Şam yeməyi” şəklinin istifadəsi xristianlara qarşı təhqirdir”.

Milyarder İlon Mask da Paris Olimpiadasının açılış mərasiminin xristianlara qarşı hörmətsizlik olduğunu bildirib.




AzVision.az



Teqlər:





Xəbər lenti