"Moskva Harrisin sürpriz qələbəsindən narahatdır" - The Washington Post

   "Moskva Harrisin sürpriz qələbəsindən narahatdır" -        The Washington Post
  26 İyul 2024    Oxunub:3799
Kreml ehtiyat edir ki, Harris seçilərsə Bayden dövründə olan qırmızı xəttlər anlayışı aradan qalxacaq və Rusiya üçün müharibəni öz maraqlarına uyğun bitirmək üçün fürsətlər pəncərəsi tamamilə bağlana bilər.
AzVision.az xəbər verir ki, Kremlə yaxın mənbələr qeyd ediblər ki, Bayden Ukraynaya dəstək olsa belə, o Rusiya ilə dialoq kanallarını açıq saxlayırdı və o ömrünü siyasətdə keçirmiş böyük bir təcrübə idi, buna görə də "qırmızı xəttlər" anlayışına riayət edirdi və Rusiyanın "qırmızı xəttlər"ini keçməməyə çalışırdı.

"Rusiya hesab edir ki, Harris xarici siyasətdə təcrübəli deyil və o elitadan tam aslı vəziyyətə düşüb təhlükəli avantüralara əl ata bilər. Moskvada Harrisin namizəd kimi göstərilməsindən dərin narahatlıq var" - deyə məqalədə qeyd olunur.

Elnur Məmmədov

AzVision.az





Teqlər: ABŞ   Rusiya   Seçki  





Xəbər lenti