Mask ABŞ-nin NATO-ya vəsait ayırmasını tənqid edib

Mask ABŞ-nin NATO-ya vəsait ayırmasını tənqid edib
  26 İyul 2024    Oxunub:3515
Məşhur milyarder İlon Mask "X"də investor Vinod Xoslanın siyasi paylaşımına reaksiya verib. Vinod Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə ölkənin NATO-dan çıxması üçün hər şeyi edəcəyi ilə bağlı fikirlərini qınayıb.
Mask isə cavab olaraq ABŞ büdcəsindən NATO-ya ayrılan pulların həcmini absurd hesab etdiyini yazıb.

"Bu məbləğ digər müttəfiqlərinkindən qat-qat çoxdur", - biznesmen gileylənib.
Məlum olub ki, Amerika vergi ödəyicilərinin Avropanın müdafiəsi üçün pul ödəməsi məsələsi Maskın xoşuna gəlmir. Çünki Avropa İttifaqı özü də bunu təkbaşına həyata keçirməyə qadirdir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti