BMT Günəşin yaratdığı "epidemiya" ilə bağlı həyəcan təbili çalır

BMT Günəşin yaratdığı "epidemiya" ilə bağlı həyəcan təbili çalır
  26 İyul 2024    Oxunub:1081
Yer kürəsində milyardlarla insan ifrat istilərlə bağlı "epidemiya”dan əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə çıxışı zamanı bildirib.

"Bu görünməmiş bir isti həftə oldu", - o, son günlərin anomal havalarını şərh edərkən deyib.

Quterreş Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin ilkin olaraq 21 iyulu yayın ən isti günü elan etməsini xatırladıb. Lakin bazar ertəsi, iyulun 22-də termometrdə civə daha da yuxarı qalxıb. Bu da azmış kimi ertəsi gün, iyulun 23-ü də eyni temperatur diapazonda olub: "Bu üç gün indiyə kimi aparılmış müşahidələrlə bağlı tarixi rekordu qırıb".

BMT-nin baş katibi bildirib ki, planetimiz istilik "epidemiyası" səbəbindən həddindən artıq ​​isti və hamı üçün daha təhlükəli olmağa başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: BMT  





Xəbər lenti