Gürcüstanda yenə zəlzələ oldu

   Gürcüstanda yenə zəlzələ oldu
  23 İyul 2024    Oxunub:877
Gürcüstanın cənubundakı Sameba kəndi yaxınlığında, Ninotsmindadan 22 kilometr şərqdə 3,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Samtsxe-Cavaxeti bölgəsində baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Ötən gün isə Kaxeti bölgəsinin Dedoplistskaro şəhəri yaxınlığında iki zəlzələ baş verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti