"Yaramaz Baydenə görə pul xərclədik"

   "Yaramaz Baydenə görə pul xərclədik"
  22 İyul 2024    Oxunub:990
"ABŞ prezidenti Co Bayden respublikaçılara ona qarşı seçki kampaniyasına xərclədikləri vəsaiti ödəməlidir".
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Bayden namizədliyini geri götürdü


"Beləliklə, biz yaramaz Co Baydenlə mübarizə aparmaq üçün vaxt və pul xərcləməyə məcburuq, o, uğursuz debatdan sonra zəif reytinqə malikdir və yarışı tərk edir. İndi hər şeyi yenidən başlamalıyıq.

Respublikaçılar partiyası dələduzluğa görə kompensasiya almalı deyilmi? Çünki onun həkimləri və ətrafında olan KİV Baydenin namizəd və ya prezident olmaq iqtidarında olmadığını bilirdi.

ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olmadığını bildirib. O, prezident seçkisində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti