Rus əsgərin edamından sonra "Azov"çular döyüşə girməyə qorxurlar

Rus əsgərin edamından sonra "Azov"çular döyüşə girməyə qorxurlar
  19 İyul 2024    Oxunub:1242
Bir neçə gün öncə Ukraynanın məşhur "Azov" alayının döyüşçüləri əsir götürdükləri rus əsgəri edam ediblər.
AzVision.az xəbər verir ki, bu hadısə "azov"çular arasında təşvişə səbəb olub.

Hərbi ekspert Andrey Maroçkonun yaydığı məlumata görə, ruslar alayın döyüşçüləri arasında aparılan danışıqları yaza biliblər. Səs yazılarından məlum olub ki, silahlılar bir rus əsirin edam edilməsini əks etdirən videonun yayılmasından sonra döyüşə girməkdən çəkinirlər:

"Svatovsko-Kremenski rayonunda yerləşən "Azov" bölməsindən olan ukraynalı yaraqlının telefon danışığı radiodalğaları tutan cihaz vasitəsilə dinlənilib. Məlum olub ki, o, silahsız rus hərbçisinin güllələnməsini əks etdirən videonun dərcindən sonra öz həyatı üçün qorxuya düşüb. Onun sözlərinə görə, yaxın gələcəkdə o, hücum əməliyyatlarında iştirak etməli olacaq. Əgər əvvəllər mühasirəyə düşəndə ​​təslim olmaq şansı mümkün idisə, indi bu, çətin ki, real ola...".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti