Britaniyada itkin düşən qaçqın uşaqları insan alverinə məruz qalırlar - "The Guardian"
Son məlumatlara görə isə, bəziləri 12 yaşında olan 118 nəzarətsiz qalmış uşaq yoxa çıxıb.
Çərşənbə günü dərc edilən araşdırma Britaniya Daxili İşlər Nazirliyinin ölkədə uşaqların istismar edilmədiyi ilə bağlı iddialarını alt-üst edib. Sənəd həm də otellərdə yerləşdirilən uşaqların insan alverinin qurbanı olmasi riskinin artmasını göstərən ilk araşdırmadır. Ekspertlər bildirirlər ki, araşdırmanın nəticələri rəsmi təhqiqatların aparılması istiqamətində olan çağırışları ciddi şəkildə dəstəkləyib.
London Universitet Kolleci (UCL) və Ecpat UK tərəfindən hazırlanan hesabat, keçən il ölkədən sığınacaq istəyən onlarla uşağın cinayətkar dəstələr tərəfindən Daxili İşlər Nazirliyinin nəzarətində olan hotellərdən qaçırılması faktının ortaya çıxmasından sonra hazırlanıb.
Tural Tağıyev
AzVision.az