Berlin gələn il Kiyevə hərbi yardımı iki dəfə azaldacaq - "Reuters"

Berlin gələn il Kiyevə hərbi yardımı iki dəfə azaldacaq    - "Reuters"
  17 İyul 2024    Oxunub:1391
Almaniya Nazirlər Kabineti aylarla davam edən müzakirələrdən sonra 2025-ci il büdcəsini təsdiqləməyə hazırlaşır.
"Reuters"in yaydığı məlumata görə, Nazirlər Kabinetində oturanlar ümid edirlər ki, əhəmiyyətli iqtisadi canlanma nazirlərə proqnozlaşdırılan xərclər və gəlirlər arasındakı 17 milyard avroluq fərqi aradan qaldırmağa kömək edəcək.

Ukrayna ilə bağlı Aİ-də parçalanma gedir
Nəşr yazıb ki, avrozonanın ən böyük iqtisadiyyatına malik olan Almaniya ilin əvvəlində tənəzzüldən (iqtisadi tsiklin iqtisadi fəallığın ümumi azalmasının müşahidə olunduğu faza –red.) bir təhər qaça bilib. Lakin artım gözləniləndən daha aşağı tempdə olub. Buna görə də Almaniya hökuməti, Böyük Britaniya və Fransa kimi, "büdcə dəliyi" adlanan problemi bağlamağa çalışır.

"Nəticədə Almaniyanın gələn il Ukrayna üçün nəzərdə tutduğu yardım büdcəsində azalmalar olacaq. Çünki büdcə layihəsində qeyd olunub ki, hökumət elə 2024-cü ildə də hərbi yardımı təxminən 8 milyard avrodan 4 milyard avroya endirməyi planlaşdırır", - məqalədə yazılıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna   Almaniya  





Xəbər lenti