Krım "rəhbər"i hədəfdədir: Bu il 4 sui-qəsd cəhdi olub

Krım "rəhbər"i hədəfdədir:    Bu il 4 sui-qəsd cəhdi olub
  17 İyul 2024    Oxunub:941
10 nəfərdən çox müttəhim Krım rəhbərinə qarşı sui-qəsd işi ilə bağlı məhkəmə hökmünü gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası yarımadanın "rəhbəri" Sergey Aksenova istinadən məlumat yayıb.

O, bütün günahkarların cəzalandırılacağını deyib.

Xatırladaq ki, bir müddət öncə Aksenov həyatına təhlükə olduğunu, son bir ildə ən azı dörd sui-qəsd cəhdinin planlaşdırıldığını demişdi. Bütün əməliyyatların qarşısı alınıb, cinayətkarlar isə saxlanılıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti