Pentaqon: "Kiyev F-16-dan işğal olunmuş ərazilərə zərbə üçün istifadə edə bilər"

   Pentaqon:    "Kiyev F-16-dan işğal olunmuş ərazilərə zərbə üçün istifadə edə bilər"
  17 İyul 2024    Oxunub:955
Ukrayna ordusu F-16 təyyarələrini öz suveren əraziləri daxilində, xüsusən də müvəqqəti zəbt olunmuş ərazilərdəki işğalçı hədəflərə hücumlar üçün istifadə edə biləcək. Bu təyyarələrdən Rusiyaya hücumlarda istifadə olunması ilə bağlı vəziyyət isə xeyli mürəkkəbdir.
Bu fikirlər Pentaqonun sözçüsü Patrik Rayderin "Amerikanın Səsi"nə verdiyi açıqlamalardandır.

Onun sözlərinə görə, F-16-da olan yüksək texnologiyalı sistem hərbçilərdən təkcə bu bahalı təyyarəni idarə etmələri üçün deyil, həm də ona qulluq üçün də xüsusi təlim keçmələrini tələb edir.

F-15 və F-16 vuran hərbçiyə 15 milyon rubl veriləcək
“Koalisiya Ukrayna Hərbi Hava Qüvvələrini gücləndirmək üçün Ramşteyn formatı çərçivəsində Danimarka və Hollandiya, eləcə də ABŞ ilə birlikdə təkcə ukraynalı pilotların deyil, həm də ukraynalı texniklərin hazırlanması istiqamətində çox ciddi işlər aparır. Eləcə də ukraynalı pilotlar üzləşəcəkləri təhlükə şəraitdə onları ən yaxşı şəkildə necə idarə etmək barədə təlimatlandırılırlar”, - general qeyd edib.

Rayder onu da vurğulayıb ki, bu təyyarələrdən ölkənin suveren ərazisində necə istifadə olunacağına qərar verən Qərb deyil, məhz Kiyev olacaq. Həmçinin Amerika Birləşmiş Ştatları ukraynalıların təyyarələrə texniki qulluq, onların saz vəziyyətdə saxlanlıması və istismar edə bilmələrini təmin etmək üçün beynəlxalq ictimaiyyətlə də işləyəcək.

Qeyd edək ki, yaydan başlayaraq Ukraynalılar F-16 təyyarələrindən istifadə edə biləcəklər. Bu qırıcıların döyüş meydanında vəziyyəti Kiyevin xeyrinə dəyişəcəyi ehtimal olunur.

Dünən isə Rusiya Müdafiə Nazirliyi bu mövzuda maraqlı bəyanat yaymışdı. Nazirliyin açıqlamasında deyilir ki, Amerika qırıcılarını ilk vurana 15 milyon rubl mükafat veriləcək.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Ukrayna   F-16  





Xəbər lenti