İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

   İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
  13 İyul 2024    Oxunub:875
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Zati-aliləri Yakov Milatoviçə məktub göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az



Teqlər:





Xəbər lenti