“Məğlubiyyətin açarı Ermənistan rəhbərlərindədir” - Erməni jurnalist |
Haxverdiyan baş nazir Nikol Paşinyanın siyasətindən də narazı olduğunu bildirib: “Mən Nikoldan dəhşətli dərəcədə narazıyam. Əgər Paşinyan qısa zamanda istefa versə, bu həm onun, həm də bizim üçün uğur sayılacaq. Biz nə deyirkk? Deyirik ki, baş nazirimiz xəstədir. Amma istefadan sonra bu kürsüyə kimi qaldıracağımızı da bilməliyik.
İndi Baqrat Srbazanın adı hallanır. Sizcə, Moskva keşişin hərəkatına nəzarət etmirmi? Adını müqəddəs qoyublar. Hərəkat axı müqəddəs ola bilməz. Bu hərəkatın müqəddəsliyi nədədir? Şəxsən mən belə hesab edirəm ki, bütün bunlar Ermənistanda çaşqınlıq yaratmaq üçün baş verir. Yəni hərəkat Moskva bulanıq sularda balıq tuta bilsin deyə yaradılıb”.
O iddia edib ki, hazırda ölkədə baş verən məlum siyasi proseslər Zəngəzur dəhlizinin açılmasına hesablanıb.
Tural Tağıyev
AzVision.az