Seçki ilə bağlı sorğuların nəticələri göstərir ki, Starmerin ölkənin yeni Baş naziri seçiləcəyi ehtimalı yüksəkdir.
* * *
11:02
Britaniyanın Baş naziri Rişi Sunak Şimali Yorkşir vilayətindəki Kirbi Siqston kəndində yerləşən seçki məntəqəsində səs verib.
AzVision.az xəbər verir ki, o, məntəqəyə həyat yoldaşı Akşata Murti ilə birgə gəlib.
* * *
10:34
Britaniya parlamentinin İcmalar palatasının tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilir.
AzVision.az xəbər verir ki, seçkinin əsas rəqibləri Baş nazir Rişi Sunakın rəhbərliyində Mühafizəkarlar Partiyası və müxalifət lideri Kir Starmerin Leyboristlər Partiyasıdır.
Seçki ilə bağlı sorğuların nəticələri indidən göstərir ki, ölkədə iqtisadi problemlər, cari hökumətə qarşı artan inamsızlıq və ictimai narazılıqlar fonunda Leyboristlər Partiyası qalib gələ bilər. Əgər bu baş verərsə, 2010-cu ildən bəri hakimiyyəti öz əlində saxlayan Mühafizəkarlar iqtidarı 14 illik fasilənin ardınca Leyboristlərə ötürəcək.
(Britaniyanın müxalifət lideri Kir Starmer seçki kampaniyasında)
"Mühafizəkarların hakimiyyəti altında daha 5 il yaşaya bilmərik. Dəyişiklik yalnız Leyboristlərə səs verəcəyiniz təqdirdə mümkündür", - Kir Starmer seçki kampaniyası çərçivəsində dünənki çıxışı zamanı vurğulayıb.
Xatırladaq ki, Britaniyada Leyboristlər Partiyasından seçilmiş ən son Baş nazir Qordon Braun (2007-2010) idi.
(Britaniyanın hazırkı Baş naziri Rişi Sunak seçki kampaniyasında)
Change.
— Keir Starmer (@Keir_Starmer) July 4, 2024
Today, you can vote for it.
pic.twitter.com/pLOFU5ijTz
Firudin Həmidli
AzVision.az