Türkiyədə metroda eskalator qəzası olub: 11 nəfər yaralanıb

   Türkiyədə metroda eskalator qəzası olub:    11 nəfər yaralanıb
  02 İyul 2024    Oxunub:460
Türkiyənin İzmir şəhərində metroda eskalatorun əks istiqamətdə hərəkət etməsi nəticəsində 11 nəfər yıxılaraq yaralanıb.
AzVision.az xəbər verir ki, hadisə Konak məhəlləsi Üçyol metro stansiyasından çıxışı təmin edən eskalatorda baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermən anı metronun təhlükəsizlik kameralarına düşüb. Bundan əlavə, oxşar qəzalar daha əvvəl “Üçyol Metro”su və “İZBAN Halkapınar Stansiyası”nda da baş verib.



Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti