Eli Koen: "Hizbullah"a qarşı hərbi əməliyyat başladılmalıdır"

      Eli Koen:    "Hizbullah"a qarşı hərbi əməliyyat başladılmalıdır"
  02 İyul 2024    Oxunub:894
"Hizbullah" qırmızı xətlərimizi çoxdan keçib. Hökumətin başqa variantı yoxdur".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin energetika naziri Eli Koen yerli "Kol Xay" radiosuna müsahibəsində dilə gətirib.

O həmçinin "Hizbullah" terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat nəticəsində müharibə başlayacağı təqdirdə ölkənin şimalında elektrik enerjisinin dayanması ehtimalına da toxunub.
Brik: "Regional müharibənin astanasındayıq"

"Onlarla mənbədən elektrik enerjisi ehtiyatımız və yeraltı bunkerlərimiz var. Təşvişə ehtiyac yoxdur", - nazir vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   müharibə  





Xəbər lenti