Türkiyədə suriyalılara qarşı etiraz başlayıb

 Türkiyədə suriyalılara qarşı etiraz başlayıb
  02 İyul 2024    Oxunub:1354
Türkiyənin Kayseri şəhərində Suriya əsilli şəxsin azyaşlıya təcavüz etməsi iddialarından sonra ölkədə əcnəbilərə qarşı etiraz aksiyaları başlayıb. Müxtəlif yerlərdə onlara məxsus iş yerləri yandırılır, maşınları aşırılır.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, etirazlarda iştirak edən 67 nəfər saxlanılıb.

Məlumata görə, bu cür aksiyalar Hatay, Qaziantep, Konya və Urfa kimi şəhərlərdə də baş tutub. Aksiya iştirakçısı olan bəzi vətəndaşlar “Ərdoğan istefa” şüarları səsləndiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlamasında müxalifəti ittiham edərək, “Hadisələrin səbəblərindən biri də onların zəhərli ritorikasıdır” deyib.

Qeyd edək ki, Türkiyədə suriyalılara qarşı etirazlar iyunun 30-u axşam saatlarından başlayıb. Buna səbəb Kayserinin Melikgazi bölgəsində 26 yaşlı suriyalı bir şəxsin 7 yaşlı digər suriyalı azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddiaların yayılması olub.

Hadisədən sonra cinayət işi başladılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti