Ermənilər keçmiş qondarma rejimin televiziya kanalını bərpa etdilər

Ermənilər keçmiş qondarma rejimin televiziya kanalını bərpa etdilər
  02 İyul 2024    Oxunub:932
Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş keçmiş separatçı rejimin "Artsax" adlı televiziya kanalı yenidən fəaliyyətini bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Qeqam Stepanyan Facebook səhifəsində məlumat yayıb. Qeyd edilir ki, qondarma rejimə məxsus olmuş “Artsax" adlı televiziya kanalı əvvəlkindən fərqli olaraq kiçik heyətlə fəaliyyətini bərpa edib.

Xatırladaq ki, keçmiş qondarma rejimin adını daşıyan bu televiziya kanalı uzun illər Azərbaycanın əleyhinə fəaliyyət göstərib. Ötən il antiterror tədbirlərindən sonra bir sıra separatçı qurumlar və təşkilatlar kimi "Artsax" tv də dağılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti