Ruslar "İsgəndər" raketi ilə 5 qırıcı vurdular - VİDEO

 Ruslar "İsgəndər" raketi ilə 5 qırıcı vurdular    - VİDEO
  02 İyul 2024    Oxunub:1013
Rusiya ordusu Ukrayna hərbi aviasiyasına ağır zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, “İsgəndər-M” raketi ilə həyata keçirilən hücum nəticəsində Mirqorod aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 "Su-27" qırıcısı məhv edilib.

Nazirlik adıçəkilən mühüm hərbi obyektə hücum və əməliyyatın nəticələrinə dair videogörüntüləri də yayıb.

Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsi ilə çəkilmiş videoada anqarlara eyil açıq havada saxlanılan qırıcılara zərbələrin endirilməsi aşkar görünür. Partlayışların ardınca zərbə endirilən yerlərdən tüstü qalxıb. Ehtimal edilir ki, qırıcılardan bəzisi təmirdə imiş.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti