Xərazi: "İran "Hizbullah"ı dəstəkləyəcək"

      Xərazi:    "İran "Hizbullah"ı dəstəkləyəcək"
  02 İyul 2024    Oxunub:1304
"İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, "Müqavimət Oxu" ona qahmar çıxacaq".
AzVision.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri, Sistemin Məqsədəuyğunluğunu Qiymətləndirmə Şurasının üzvü Kamal Xərazi "Financial Times" qəzetinə açıqlamasında söyləyib.

"Müharibə, çox güman ki, bütün regiona yayılacaq. Belə bir şəraitdə "Hizbullah"ı, əlbəttə, dəstəkləyəcəyik", - o bildirib.
Berbok: "İsrail və "Hizbullah" arasındakı gərginlik narahatlıq doğurur"

Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə ikinci müharibə ocağını da qızışdırıb: İsrail və Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatı arasında o vaxtdan bəri mütəmadi sərhədyanı toqquşmalar baş verir. Ötən günlərdə isə İsrail rəhbərliyi, o cümlədən Baş nazir Benyamin Netanyahu Livana qarşı böyük əməliyyat başladıldığını söyləyib. Bu bəyanat Avropa nümayəndələri də təşvişə salıb. Almaniyanın xarici işlər naziri xanım Annalena Berbok, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Yaxın Şərqdəki müharibənin Avropaya da sıçraması riskindən narahatlıqlarını dilə gətiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Yaxın-Şərq   müharibə  





Xəbər lenti