Ukraynada nə qədər məhbus səfərbər olunub?

Ukraynada nə qədər məhbus səfərbər olunub?
  02 İyul 2024    Oxunub:1109
Ukraynada qəbul olunmuş yeni qanuna əsasən şərti azadlığa buraxılan 3 mindən çox məhbus ordu sıralarına qoşulub.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın ədliyyə nazirinin müavini Yelena Vısotskaya "Associated Press" agentliyinə müsahibəsində deyib.

Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, məhkəmə yeni qanuna əsaslanaraq 27 minə yaxın məhbusu azad edə bilər. Vısotskaya onu da əlavə edib ki, məhbuslara əsas motivasiya verən amil evə həbsxanadan cəza çəkmiş şəxs kimi dönməkdənsə, döyüşüb qəhrəman tək qayıtmaqdır.

Xatırladaq ki, mayın 17-də Ukrayna prezidenti Volodimir Zelenski məhbusların səfərbər edilməsi haqqında qanunu imzalayıb. Yeni qanuna əsasən ağır ittihamlarla həbsdə olanlar (vətənə xəyanət edənlər, pedofillər və s.) istisna olmaqla, bütün məhbuslar Ukrayna Silahlı Qüvvələri sıralarına çağırıla bilərlər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti