"Keşiş növbəti dəfə İrəvana qayıdanda Nikol gedəcək” - Gevorqyan

   "Keşiş növbəti dəfə İrəvana qayıdanda Nikol gedəcək”    - Gevorqyan
  02 İyul 2024    Oxunub:839
"Vətən naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Srbazanın mitinqlərə ara verməsi Ermənistan cəmiyyətində bir sıra suallar yaradıb. Saytlar inqilab arzusunda olan Tavuşun arxiyepiskopunun siyasi fəaliyyətini bölgələrə adi səfərlərlə davam etdirməsini geri addım atmaq kimi qiymətləndirirlər.
Məsələn, "Mamul" nəşri yazır ki, əslində Srbazan hiyləgər gedişlər də edə bilər. Sayta açıqlama verən siyasi fəal Artur Gevorqyan deyib ki, siyasi areanada müəmmalı proseslər cərəyan edir: "Baqrat meydanın üç dəfə necə dolduğunu gördü. Amma görünür sonrakı proseslər zamanı bəzi suallar yaradacaq nələrisə müşahidə etdi ki, uğurlu aksiyaları davam etdirmədi.

"Mitinqlərə qoşulanlar ya işsiz, ya da maaşsız qalırlar" - Erməni keşiş
Niyə insanlar mayın 9-26-da olduğu kimi sonradan Baqramyan prospektində kütləvi şəkildə toplaşmadılar? Nəticədə o, özü xalqın içinə girməyə getməyə, bölgələrə səfərlərə qərar verdi. Keşişin daş toplamaq haqqında dediklərini xatırlayın. O, cəmiyyətə təsir gücünü çox yaxşı yaxşı bilir. Baqrat bütün vilayətləri gəzib qayıdacaq. Məncə bu dəfə o İrəvana fərqli bir "yolla" gələcək. Gəlin bir az da səbr göstərək və yepiskopun aksiyalarla bağlı vurduğu rekordu yeniləyəcəyini görəcəyik".

Gevorqyan qeyd edib ki, küçələrdə aparılan mübarizə modelləri artıq köhnəlib.
"Bu dəfə 30-50 min adam aksiyaya çıxıb evinə dönməyəcək, sadəcə olaraq bütün günü küçələrdə qalacaq. Bu nə vaxt baş verəcək? Məncə yepiskop hələ ki, nəsə gözləyir. Mənə inanmırsınızsa, Nikolun sərgilədiyi qorxulara və atdığı addımlara baxın. Arxiyepiskop növbəti dəfə İrəvana qayıdanda Nikol gedəcək”.

Qeyd edək ki, apreldə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların aksiyalarına rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Keşiş  





Xəbər lenti