Türkiyə-Ermənistan sərhədində planlaşdırılan görüş baş tutmayıb
“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - diplomatik mənbə yazıb.
Görüşün, ümumiyyətlə, ləğv edilib-edilmədiyi barədə isə hələlik heç bir açıqlama verilməyib. Yeri gəlmişkən, planlaşdırılan görüş barədə məlumat rəsmən təsdiqlənməmişdi.
Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşlə bağlı müəyyən anlaşmanın olduğunu vurğulamışdı.
- Uzun müddətdir ki, rəsmi görüş olmayıb, amma bizim aramızda razılıq var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün nə vaxt və harada baş tutacağı ilə bağlı hələlik razılaşmamız yoxdur”, - Rubinyan bildrimişdi.
Rubinyan onu da qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və istismara hazırdır.
İki dövlət arasında münasibətlərin tənzimlənməsi üzrə Türkiyənin xüsusi elçisi 7 il ABŞ-da səfir olmuş və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Sərdar Kılıçdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə Ermənistan