İsraildə baş həkim qalmaqalı: Müxalifət istefaya çağırır

      İsraildə baş həkim qalmaqalı:    Müxalifət istefaya çağırır
  01 İyul 2024    Oxunub:1042
İsrail Ordusunun Qəzza zolağındakı "Əl-Şifa" xəstəxanasının baş həkimi Məhəmməd Əbu Səlmiyyəni azadlığa buraxması ölkənin müxalifəti, habelə müəyyən hökumət nümayəndələri tərəfindən qəzəblə qarşılanıb.
AzVision.az xəbər verir ki, Milli Birlik Partiyasının sədri, ölkənin keçmiş hərbi kabinetin üzvü, ordu generalı Beni Qants "Times of Israel"ə açıqlamasında hökuməti istefaya səsləyib.
Ben-Qvir: "Baş həkimin buraxılması təhlükəsizlik boşluğudur"

"Hökumət "7 oktyabr" qatillərinə sığınacaq ayıranları, əsir vətəndaşlarımızın gizlədilmələrinə köməklik göstərənləri azad buraxmaqla mənəvi səhvə yol verdi. Bu hökumət taleyüklü müharibəmizdə rəhbərliyə layiq deyil", - deyən müxalifət rəhbəri Baş nazir Benyamin Netanyahunu növbədənkənar seçkilər keçirilməsinə çağırıb.

Yeri gəlmişkən, Beni Qants ötən günlərdə daxili ixtilaf səbəbi ilə ölkənin hərbi kabinetindən ayrılmışdı. Məhz onun istefası nəticəsində hərbi kabinet ləğv edilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   baş-həkim  





Xəbər lenti