Ermənistanın məşhur tibb məntəqəsinin rəhbəri həbs edilib

 Ermənistanın məşhur tibb məntəqəsinin rəhbəri həbs edilib
  01 İyul 2024    Oxunub:1059
Ermənistanın Aştarak Tibb Mərkəzinin direktoru Argişti Ovannisyan həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan məlumat yayıb.
Ohancanyan qeyd edib ki, Ovannisyan xüsusilə külli miqdarda rüşvət almaqda və rüşvət alınmasına şərait yaratmaqda ittiham edilərək həbs olunub.

Məlumata görə, tibb mərkəzinin direktorundan başqa, bu iş üzrə daha iki vətəndaş da ittiham olunub.

Qeyd edək ki, Aştarak Tibb Mərkəzi ölkədə mühüm tibb ocaqlarından sayılır.

Mətbuatda yayılan məlumatlara görə, Ovannisyan Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvüdür. O, 2018-ci ildə Aştarak tibb mərkəzinə direktor təyin edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti