Kazaryan: "Bizi sərxoş təlxək və arvadı Baba Yaqa idarə edır"

      Kazaryan:   "Bizi sərxoş təlxək və arvadı Baba Yaqa idarə edır"
  01 İyul 2024    Oxunub:1130
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, siyasi fəal Edqar Kazaryan baş nazir Nikol Paşinyanı təhqir edib.
AzVision.az xəbər verir ki, Kazaryan Facebook səhifəsində Paşinyanın həyat yoldaşı Anna Akopyanı da alçaldan fikirlər səsləndirib.

Paşinyan ifşa oldu: Veloyürüşdə təsadüfi adam olmurmuş - FOTO
Siyasətçi Paşinyan ailəsinin son fotolarından birini paylaşaraq yazıb: “Bütün klounlar insanları əyləndirməyə, onları gündəlik qayğılardan yayındırmağa, həyatlarını asanlaşdırmağa çalışırlar. Amma "bayker" sərxoş təlxək və onun Baba Yaqa arvadı kimi klounlar belə etmirlər.

O klounlar ki, yüz minlərlə insana bədbəxtlik gətirərək, onları həyatlarından, normal güzəranlarından, dəyərlərindən, vətənlərindən məhrum etdilər. Bu da azmış kimi həmin insanları məsxərəyə qoyaraq onların bədbəxtliyinə güldülər, iztirab və faciələrindən həzz aldılar”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti