Bildirilir ki, Livanın Bəlida şəhərində "Hizbullah"ın qərargahına aviazərbə endirilib.
כוחות חטיבת האש של אוגדה 91 זיהו מוקדם יותר היום מחבלים נכנסים למבנה צבאי של ארגון הטרור חיזבאללה במרחב בליידא שבדרום לבנון.
— צבא ההגנה לישראל (@idfonline) July 1, 2024
בסגירת מעגל מהירה, זמן קצר לאחר הזיהוי, מטוסי קרב של חיל האוויר תקפו את המבנה בו שהו המחבלים pic.twitter.com/mWFz3W2mmq
* * *
10:10
İsrail Hərbi Hava Qüvvələri Livanın sərhədyanı kəndlərində yerləşən "Hizbullah" obyektlərini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Radiosu "X"də məlumat yayıb.
Bildirilir ki, aviazərbələr Kəfr Kila və Əl-Bəyazə kəndlərinə tuşlanıb.
Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB |
Xatırladaq ki, bir müddət əvvəl İsrail rəhbərliyi Livana qarşı böyük əməliyyat başladıldığını diqqətə çatdırmışdı.
Yeri gəlmişkən, Almaniyanın xarici işlər naziri xanım Annalena Berbok və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin timsalında bir sıra qərb nümayəndəsi İsrail və "Hizbullah" arasında sərhədyanı toqquşmaların intensivləşməsindən narahatlıqlarını dilə gətirmiş, Yaxın Şərqdəki müharibənin Livan vasitəsilə Avropaya yayılması riskinə eyham vurmuşdu.
Firudin Həmidli
AzVision.az