Beş seçki dairəsinin hüdudlarına dəyişiklik edilib

Beş seçki dairəsinin hüdudlarına dəyişiklik edilib
  27 İyun 2024    Oxunub:973
Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonlarının ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o əlavə edib.

MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır.

Belə ki, 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 125 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir. MSK məsələni səsverməyə çıxararaq qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti