Atəşkəs qərarı İsraildə etirazlar doğurub

   Atəşkəs qərarı İsraildə etirazlar doğurub
  16 Yanvar 2025    Oxunub:320
İsrail və HƏMAS arasında atəşkəs qərarı ölkə daxilində, xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb.
Yerli media yazır ki, yüzlərlə etirazçı küçə nümayişlərinə başlayıb. Onlar ölkə parlamenti ("Knesset") qarşısında aksiya keçirir, Baş nazir Benyamin Netanyahuya müraciətlə etiraz şüarları səsləndirirlər.

"Bu atəşkəs qərarı təslim olmağa bərabərdir. HƏMAS-ın əsas məqsədi İsrailin nüfuzunu ləkələmək idi. Belə görünür ki, onlar məqsədlərinə çatdılar", – aksiya iştirakçısı, oğlunu Qəzza zolağında döyüşdə itirən ravvin Yoram Eliyahu deyib.

Bir sıra nümayişçi, eyni zamanda, maliyyə naziri, Dini Sionizm Partiyasının lideri Betsalel Smotrçi "razılaşmanı dəstəkləməkdənsə hökumətdən istefa verməyə" çağırır.

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib. Nazir Betsalel Smotriç bu qərarla yalnız "döyüşə qayıdaraq HƏMAS üzərində tam qələbə çalınarsa" razılaşacağını dilə gətirib. Eyni zamanda, partiyanın parlamentdəki nümayəndəsi Tsvi Sukkot da "Kan" radiosuna müsahibəsində istefa ehtimalını təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   atəşkəs   etiraz  





Xəbər lenti