AKİ Şirvanda kino günləri keçirəcək

AKİ Şirvanda kino günləri keçirəcək
  25 İyun 2024    Oxunub:2101
Azərbaycan Kinematoqrafçılar İttifaqı iyulda Şirvanda kino günləri layihəsini həyata keçiriəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı milli filmlərin tamaşaçı sayının artırılması məqsədilə yeni və klassik Azərbaycan filmlərinin nümayişlərini təşkil edir və bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirir.

Əvvəlki illərdə "Cənubda kino günləri" başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında "Şirvan kino günləri" layihəsinin açılışı olacaq.

İyulun ilk yarısında keçiriləcək nümayişlərdə İlqar Nəcəfin "Suğra və oğulları", Elvin Mirzəyevin "Qul", Qulu Əsgərovun "Mən burdayam, ilahi!" tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş ediləcək. Nümayişlər Şirvanda, Neftçalada, Salyanda, Hacıqabulda və Biləsuvarda baş tutacaq.

Kinoteatrların bütün regionlarda olmaması yeni Azərbaycan filmlərinin tamaşaçı sayının azalmasına gətirib çıxarır. Bu səbəbdən AKİ regionlarda nümayişləri gələcəkdə də davam etdirəcək.

AzVision.az


Teqlər: AKİ   film   layihə  





Xəbər lenti