Məşhur reperi ad günündən sonra güllələdilər

Məşhur reperi ad günündən sonra güllələdilər
  24 İyun 2024    Oxunub:823
Məşhur musiqiçi Fulio (Çarlz Cons) güllələnib.
AzVision.az xəbər verir ki, bu barədə USA Today məlumat yayıb.

Qeyd edilir ki, o, Florida ştatının Tampa şəhərindəki Holiday Inn otelində dostları ilə birlikdə 26 yaşını qeyd edirmiş: "Şənlikdən sonra onu otelin dayanacağında cinayətkarlar gözləyib. Polisin məlumatına görə, reper iyunun 23-də səhər saatlarında şənlikdən sonra evinə dönməyə hazırlaşan vaxt bir neçə nəfərlə birlikdə atəşə tutulub. Üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, Fulio isə yerindəcə keçinib".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti